Siyasət
356
18-08-2022, 13:27

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəlir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək.

bakunews.tv report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər avqustun 24-də baş tutacaq.

Bildirilib ki, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, həmçinin strateji tərəfdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.

Eyni zamanda iki ölkə arasında bir neçə sənədin imzalanması da gözlənilir.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər