SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » Azərbaycan Pakistana 2 milyon dollar məbləğində yardım göstərəcək

Azərbaycan Pakistana 2 milyon dollar məbləğində yardım göstərəcək

27.08.2022 17:04 354
Azərbaycan Pakistana 2 milyon dollar məbləğində yardım göstərəcək.

Bu barədə bakunews.tv-ya qaynarinfo-ya istinadən Nazirlər Kabinetindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkələyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?