SON DƏQİQƏ
Bakunews.tv » Siyasət » Azərbaycanda yeni medal təsis edilib

Azərbaycanda yeni medal təsis edilib

16.07.2022 19:07 406
Azərbaycanda yeni medal təsis edilib.

bakunews.tv azertac-a istinadən bildirir ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanunu təsdiqləyib.

Qanuna əsasən, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002-2022)" Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?