Sosial
279
14-09-2023, 17:37

“SOCAR Türkiyə” şirkətinin rəhbərliyində dəyişiklik olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiyə” şirkətinin Emal və Neft-Kimya bölməsinin və “Petkim Petrokimya Holding AŞ”nin Baş direktoru vəzifəsinə təyinat olub.

“Report”un məlumatına görə, bu vəzifə Kənan Mirzəyevə həvalə edilib. Bundan öncə Kənan Mirzəyev şirkətin strategiya üzrə baş direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, “SOCAR Türkiyə”nin Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding AŞ”nin Baş direktoru Anar Məmmədov olub. O, iyulun 28-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər