Şou-biznes
491
19-07-2022, 18:00

Emili həyat yoldaşından ayrıldı

Amerikalı model və aktrisa Emili Ratakovski həyat yoldaşı aktyor Sebastyan Bir-Makklarddan ayrılmaq barədə qərar qəbul edib.

bakunews.tv milli.az-a istinadən ilkin məlumata görə, buna səbəb mediada Sebastyan Bir-Makklardın amerikalı modelə xəyanət etməsi barədə yayılan iddialar olub.

Bildirilir ki, Ratakovskinin ötən həftə qatıldığı bir tədbirdə nişan üzüyünü taxmaması da medianın diqqətini çəkmişdi.

Qeyd edək ki, cütlük 2018-ci ildə bir neçə həftəlik tanışlıqdan sonra ailə həyatı qurub. Emili və Sebastyanın bu evlilikdən 1 yaşlı Silvester Apollo adlı oğulları var.

bakunews.tv
Son xəbərlər