SON DƏQİQƏ
Bakunews.tv » Şou-biznes » Türkiyəli müğənninin gözəllik sirri hər kəsi təəccübləndirdi: Sünnət dərisindən...

Türkiyəli müğənninin gözəllik sirri hər kəsi təəccübləndirdi: Sünnət dərisindən...

22.07.2022 18:07 373
Türkiyənin məşhur aktyoru Hamdi Alkanın keçmiş həyat yoldaşı, müğənni Selen Görgüzelin gözəllik sirri ilə bağlı açıqlaması gündəm olub.

bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, Selen yeni doğulan oğlan uşaqlarının sünnət dərisindən dəriyə qulluq üçün istifadə etdiyini açıqlayıb.

43 yaşlı müğənni həmin dəridən əldə edilən kök hüceyrələrdən hazırlanan qarışığı dəri estetikasında istifadə etdiyini deyib.

"Sizə desəm, inanmazsınız ki, belə bir üsul var. Sünnət qalıqlarından alınan kök hüceyrələr dəri üçün çox faydalıdır. Bu üsulla dəriyə qulluq etmişəm, bu sistem tamamilə qanunidir və bütün icazələrini də almışam", - deyə Selen bildirib.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?