Şou-biznes
19
3-12-2025, 18:40

Rəqsanənin möhtəşəm konserti olacaq

Rəqsanə uzun fasilədən sonra konsert proqramı ilə səhnəyə qayıdır.
Bakunews.tv xəbər verir ki, müğənni Rəqsanə uzun müddətdən sonra yenidən solo konsertlə dinləyicilərinin qarşısına çıxacaq.

16 dekabr tarixində paytaxtın məşhur məkanlarından birində keçiriləcək tədbirdə sənətçinin qızları Aysun və Yağmur da xüsusi çıxışları ilə səhnədə yer alacaqlar.

Rəqsanə konsertin anonsunu şəxsi instaqram hesabında paylaşaraq sevənlərinə müjdə verib. Xəbər ifaçının izləyiciləri arasında sevinc yaradıb.

Sənətçinin özü kimi müğənni olan qızı Aysun da konsertlə bağlı paylaşım edərək həmin gecə ilə bağlı danışıb:

“Anamın konsertidir və mən xüsusi qonaq kimi səhnəyə çıxacağam. Hamını bizimlə birgə bütün gecə boyu əylənməyə dəvət edirəm”.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər