SON DƏQİQƏ
Bakunews.tv » Şou-biznes » "Səməd Səmədovun məzarını görmək istəmirəm"

"Səməd Səmədovun məzarını görmək istəmirəm"

22.08.2022 20:11 368
"Onun dünyasını dəyişməsi gözlənilməz oldu. Yatsam yuxuma girməzdi ki, belə xəbər eşidəcəm. Gənc vaxtlarımdan Səməd obrazı həyatımda var idi. Səməd Səmədov təvazökar insan idi. Özü haqqında heç vaxt böyük-böyük danışmazdı".

bakunews.tv axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Nazim Pişiyari "O üz" proqramında deyib. O, mərhum Xalq artisti Səməd Səmədovla bağlı xatirələrini bölüşüb:

"Bu gün də onun izi sənətdə qalıb. Eşidəndə ki, dünyasını dəyişib, inanmadım. Gördüm yox, yavaş-yavaş məlumat təsdiqlənir. Donub qaldım. Çaşqın vəziyyətdə idim. Onun məzarına getməmişəm, gedə bilmirəm. İçimdəki hansısa qüvvə qoymur gedim. İstəmirəm onun başdaşını görüm. Bizim münasibətimizdə o qədər baməzə anlar olub ki... Onun haqqında keçmiş zamanda danışmaq istəmirəm".

Qeyd edək ki, S.Səmədov koronavirusdan dünyasını dəyişib.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?