Təhsil
398
27-07-2022, 22:00

Yeni tədris ilindən Zəngilanda dərslər başlayacaq

"Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədirsə başlayacaq. Bu da bizi çox sevindirir. Bunun üçün ölkə başçısı İlham Əliyevə təşəkkür edirəm".

bakunews.tv trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir xatırladıb ki, orada olan məktəbə artıq direktor təyinatı da olub: "Müəllimlərin seçiminə gəlincə, köç prosesinin başa çatmasını gözləyirik. Çünki bilməliyik ki, məktəbdə nə qədər şagird tədris alacaq. Sevindirici fakt odur ki, müəllim sayımız kifayət qədərdir".

bakunews.tv
Son xəbərlər