SON DƏQİQƏ
Bakunews.tv » Təhsil » Füzulidə peşə təhsili müəssisəsi inşa olunur

Füzulidə peşə təhsili müəssisəsi inşa olunur

14.01.2025 10:54 214
Azad edilmiş ərazilərdə peşə təhsilinin bərpası və inkişafı istiqamətində konkret tədbirlər həyata keçirilir:

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda keçirilən müzakirədə məlumat verib.

Onun sözlərinə görə, hazırda Füzuli şəhərində peşə təhsili müəssisələri inşa olunur:

"Bu il Şuşada da peşə təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmir işlərinə başlanılacaq".
Xəbəri necə qiymətləndirirsiniz?