SON DƏQİQƏ
Bakunews.tv » Təhsil » IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılır

IX sinif şagirdlərinin yerdəyişməsi dayandırılır

05.03.2025 15:38 181
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Xəbəri necə qiymətləndirirsiniz?