Təhsil
431
5-08-2022, 16:47

Nazirlik: "Müəllimlərin sertifikatlaşdırılması prosesi təxirə salınmayıb"

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan səsyazısı həqiqqəti əks etdirmir.

Bu barədə bakunews.tv report-a istinadən Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb: "Bildiririk ki, paylaşılan məlumat həqiqəti əks etdirmir. Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik".

bakunews.tv
Son xəbərlər