Təhsil
34
Bu gün, 14:23

Sertifikasiya ilə bağlı müəllimlərlə görüşlər keçirilib - FOTOLAR

Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən region üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələrində çalışan müəllimlərlə sertifikasiya prosesi ilə bağlı maarifləndirici görüşlər təşkil olunub. Görüşlər Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarını əhatə edib.

Tədbirlərdə 2026-cı ildə ilk dəfə sertifikasiya imtahanında iştirak edəcək fənn müəllimləri ilə birbaşa ünsiyyət qurulub, onların hazırlıq səviyyəsinin artırılması və proses barədə məlumatlandırılması əsas məqsəd kimi önə çəkilib.

Görüşlərdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun müdiri Aysel Sadıqova, sektorun məsləhətçisi Nuranə Rəhimova, həmçinin rayon təhsil sektorlarının müdirləri və əməkdaşları iştirak ediblər.

Çıxış edən rəsmi şəxslər sertifikasiya prosesinin mahiyyəti, müəllimlərin peşəkar inkişafında rolu və imtahana hazırlıq mərhələləri barədə ətraflı məlumat veriblər. Eyni zamanda, müəllimlərə imtahan formatı, qiymətləndirmə meyarları və gözlənilən nəticələr haqqında izahatlar təqdim olunub.

Tədbirin sonunda müəllimləri maraqlandıran suallar cavablandırılıb, onların qarşılaşa biləcəyi çətinliklər və həlli yolları müzakirə edilib.

Qeyd edək ki, bu cür görüşlərin keçirilməsi müəllimlərin sertifikasiya prosesinə daha hazırlıqlı yanaşmasına və ümumi təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Sertifikasiya ilə bağlı müəllimlərlə görüşlər keçirilib -




Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər