Elm və Təhsli Nazirliyinin Daxili Nəzarət İdarəsi nazirliyin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) maliyyə yoxlamaları aparıb. Bu barədə etibarlı mənbələrdən məlumat daxil olub. Araşdırma zamanı MÜTDA-da külli miqdarda yeyinti aşkarlandığı qeyd edilir. Mənbə bildirir ki, Agentliyin rəhbəri Eşqi Bağırov bundan çıxış yolu axtarır.
Lakin məsələnin ən qəliz tərəfi ETN-in Daxili Nəzarət İdarəsinın nə edəcəyidir. Belə ki, onlar bir tərəfdə Eşqi Bağırovun olmasını, digər tərəfdən də ortada olan yeyinti faktı arasında seçim etmək məcburiyyətində qalıblar.
Məlumata görə, nazirlik yeyinti faktlarını Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərib, göndərməmək məsələsində tərəddüd edir. Məsələ ilə bağlı araşdırmamız davam edir.(Bizimesr.az)
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bakunews.tv