Video
179
30-01-2025, 17:40

“Şirvanşahlar Residence” əhalinin ciddi narazılığına səbəb yaradır... - MTK tərəfindən AÇIQLAMA verilmədi

Şirvanşahlar Residence layihəsinin Bakının ən unikal ərazilərindən birində inşa olunması artıq kompleksin nüfuzundan xəbər verir. Kompleksdə sizlərin firavan və komfort içində yaşamağınız üçün tam infrasturuktur qurulacaqdır. Kompleksin girişi Lobby üslubundadır. Girişdə sizləri və qonaqlarınızı gülər üz xanım əməkdaşlarımız qarşılayacaqdır. Sürətli liftlər ilə ən üst qata bir neçə saniyə ərzində çatacaqsınız. 3 metr 60 santimetr hündürlüyündə olan mənzilinizə daxil olarkən özünüzü şahlara layiq bir saraya daxil olurmuş kimi hiss edəcəksiniz. Mənzilinizdəki pəncərə önündə dayanıb dənizə olan mənzərəni seyr edərkən özünüzü bütün qayğılardan uzaq, zirvələri fəth edən bir kəs kimi hiss edəcəksiniz. Kompleksin daxilindəki idman zalı, spa mərkəzi, həyətdəki futbol meydançası isə sizin və ailənizin sağlamlığını düşünərək inşa edirik. Övladlarınızın əyləncəsini düşünərək həyət yanı sahəmizdə uşaqlar üçün xüsusi ərazi və təhlükəsizliyi düşünərək isə 24 saat canlı və kamera nəzarəti ilə mühafizənidə təşkil edirik. Avtomobilinizi rahat şəkildə parkinq edilməsi üçün kompleksin mənfi 1-ci mərtəbəsində geniş dayanacaqlada sizi və qonaqlarınızı təmin edirik. Deyə rəsmi MTK saytında qeydlərə rast gəlmək olar. Amma bu gün redaksiyamıza müraciətlər yaranacaq gözəl şəraitin dinc əhalinin yaşamına ciddi maneələr yaratmaqla ərsəyə gəlməsi qeyd edilir. Şikayətdə vətəndaş baş verənləri səlis izahını verməklə yanaşı Fövqaladə Hallar Nazirliyi və Azəravtoyol ASC-nin səlahiyyətində olan məsələlərədə biganəliyinə toxunub. Vətəndaş şikayətində ciddi narazılığını buildirir lakin şəxsin narazılığına əhəmiyyət verilməməsi “Şirvanşahlar Residence” tərəfindən laqeydlik timsalınında birdə bizim tərəfimizdən yoxlanılması zəruri idi. Və vətəndaşın narazılığı ilə bağlı müraciət edərək “Şirvanşahlar Residence” rəsmilərindən açıqlama istədik. Lakin “Şirvanşahlar Residence” rəsmiləri səhlənkar olmalarını bir daha medianın verdiyi sorğuya cavab verməməklə təsdiqə yetirdi. Günlərlə “Şirvanşahlar Residence” tərəfindən açıqlama verilməsini gözləsəkdə bir Allahın qulu cavab vermədi.

bakunews.tv xəbər portalına “Şirvanşahlar Residence” rəsmi müraciət edəcəyi təqdirdə münasibətlərinin dərc edilməsi tərəfimizdən təmin ediləcəkdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər