Cəmiyyət
353
30-06-2022, 09:23

DYP əməkdaşlarıdan narazı sürücünün görüntülərinə DİN-nin Mətbuat Xidmətindən AÇIQLAMA

bakunews.tv-nun "Şirvan DYP əməkdaşının hərəkətlərindən narazı sürücü - VİDEO" sərlövhəli verdiyi xəbərə dərhal DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov münasibət bildirildi. İctimailəşdirilən videogörüntülərə aydınlıq olaraq bildirilir ki, qeyd edilən iddialar həqiqəti əks etdirmir və böhtan xarakterlidir. Belə ki, görüntülərdə yol polisinin gecə saatlarında şəhər ərazisində xidmət apardığı qeydə alınıb. Əməkdaşların qəsdən aşağı sürətlə hərəkət etməsi, digər hərəkət iştirakçılarına mane yaratması, elədə onların qaydaları pozmasına şərait yaratması ilə səsləndirilən fikirlər isə tamamilə əsassızdır.

Nizam Həmidov
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər