SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Bu ərazidə işıq olmayacaq

Bu ərazidə işıq olmayacaq

02.12.2024 18:28 165
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsində elektrik naqillərinin yenilənməsi işləri ilə əlaqədar 3-5 dekabr tarixlərində elektrik xətləri sifarişə əsasən açılacaq.

Bu haqda “Azərişıq” məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək Binə Atçılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Xəbəri necə qiymətləndirirsiniz?