SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » Hökməlidə yanğın söndürülüb

Hökməlidə yanğın söndürülüb

20.08.2022 21:34 498
Abşeron rayonunun Hökməli qəsəbəsində dəri emalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, yanğınsöndürənlərin çevik müdaxiləsi və peşəkarlığı sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və sexə bitişik evlərə yayılmasına imkan verilməyib.


İlkin məlumata əsasən, yanğın nəticəsində hər mərtəbəsi təxminən 950 kvadratmetr olan sexin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Sexin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.\\milli.az

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?