SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

Meşəlik ərazidə baş vermiş yanğın söndürülüb.

13.07.2022 20:55 463
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.

Nazirlikdən bakunews.tv-a milli.az-dan istinadən bildirilib ki, yanğın nəticəsində, ilkin hesablamalara əsasən, təxminən 9 hektar sahədə kol-kos və əsasən qurumuş ağaclar yanıb.

Sıx meşəlik və əkin sahələri, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?