Hadisə
382
21-08-2022, 00:35

Oğuzun meşəətrafı ərazisindəki yanğın söndürülüb - YENİLƏNİB

Oğuzda əkin sahələrində başlayan yanğın söndürülüb.


bakunews.tv apa-ya istinaden xəbər verir ki, bu barəd Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Calut kəndi yaxınlığında meşəətrafı ərazidə 3 hektar sahədə kol-kos və quru ot yanıb.

Meşə zolağı yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

20.08.2022

Saat 19:37

Oğuz rayonunun Calut kəndi ərazisindəki əkin sahələrində yanğın baş verib.

bakunews.tv apa-ya istinaden xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir. Nazirliyin regional idarəsinin rəisi Akif Məmmədov bildirib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür: “Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər