Cəmiyyət
317
12-04-2023, 23:41

Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb - FOTO

08.04.2023-cü il tarixdə Vətən Müharibəsi şəhidi Məmmədov Rəşad Asif oğlunun doğum günündə məzarı ziyarət edilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin, rayon bələdiyyələrinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər. Şəhidinin ruhuna dualar oxunub, məzarı qarşısına əklil, tər gül-çiçək dəstələri düzülüb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından dövlət başçımız İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!

F.Şərifov
Ulutv.İnfo

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər