Cəmiyyət
339
18-04-2023, 15:20

"Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin "Gənclərin inkişafı" layihəsi çərçivəsində zoom proqramı vasitəsilə onlayn görüşü keçirilib

Qeyd edək ki, "Gəncliyin inkişafı" layihəsinin budəfəki qonağı Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov olub.

Görüş "Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyinin" icraçı direktoru Elnurə Cəfərzadənin tədbir iştirakçılarını salamlayıb layihə çərçivəsində keçirilən tədbirlərin gənclərin inkişafı və sosiallaşmasında mühüm rol oynadığını vurğulaması ilə başlayıb.

Daha sonra Raqif Abbasov ilkin olaraq tədbir iştirakçılarını salamlayaraq müasir gənclərlə təşkil olunan bu görüşün nə dərəcədə əhəmiyyətli olduğunu bildirib.

Raqif Abbasov müasir gəncliyimizin qəhrəman obrazının kim olduğunun vacibliyini vurğulayaraq qalib ölkənin cəsur gənclərinə böyük ümidlər bəslədiyini xüsusi olaraq vurğulayıb.

Raqif Abbasov sonda tədbir iştirakçılarını maraqlandıran sualları ətraflı şəkildə cavablandıraraq tövsiyələrini səsləndirib.

Fərid Şərifov
Ulutv.İnfo
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər