SON DƏQİQƏ
Bakunews.tv » Cəmiyyət » "Qənirə Paşayevanın orqanlarının bağışlanması mümkün deyil" - Rəşad Mahmudov

"Qənirə Paşayevanın orqanlarının bağışlanması mümkün deyil" - Rəşad Mahmudov

29.09.2023 09:59 211
Bu gün dünyasını dəyişmiş millət vəkili Qənirə Paşayeva hələ 2013-cü ildə orqanlarını bağışlamaq barədə qərar vermişdi.

Məsələ ilə bağlı millət vəkili, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov “Unikal”a açıqlama verib. “Qənirə xanımın orqanlarının istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür. Çünki orqanların istifadəsi üçün sadəcə beyinin zədələnməsi və digər orqanların sağlam olması lazımdır. Bizdəki proses isə tam tərsinə idi: bütün orqanların zədələnməsi baş vermişdi və zaman içərisində multiorqan çatışmazlığı nəticəsində həyatını itirib. Bu məqamda öz razılığı olsa belə, orqanlarından istifadəsi tibbi nöqteyi-nəzərdən qeyri-mümkündür”, - deyə R.Mahmudov bildirib.
Xəbəri necə qiymətləndirirsiniz?