SON DƏQİQƏ
Bakunews.tv » Dünya » ABŞ İraqdakı obyektlərə zərbələr endirdi

ABŞ İraqdakı obyektlərə zərbələr endirdi

22.11.2023 12:56 199
ABŞ hərbçiləri İraqda iki obyektə zərbələr endirib.

Bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığından (CENTCOM) məlumat verilib.

Müvafiq məlumat sosial şəbəkələrdə paylaşılıb.

“Noyabrın 22-də səhər saatlarında ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı qüvvələri İraqda iki hədəfə dəqiq və gizli zərbələr endiriblər”, - deyə CENTCOM komandanlığı paylaşımda bildirib.
Qeyd edilib ki, bu zərbələr İran və onun dəstəklədiyi qruplaşmaların ABŞ və koalisiya qüvvələrini atəşə tutmasına, o cümlədən noyabrın 21-də İraqda baş vermiş ballistik raket hücumuna birbaşa cavabdır.
Mənbə: MK.ru
Xəbəri necə qiymətləndirirsiniz?