SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Hərbi təyyarə qəzaya uğradı, 2 nəfər ÖLDÜ

Hərbi təyyarə qəzaya uğradı, 2 nəfər ÖLDÜ

04.12.2023 10:32 264

Hindistanın cənubunda hərbi təlim təyyarəsi qəzaya uğrayıb, 2 nəfər ölüb.

Bu barədə Hindistan Hərbi Hava Qüvvələri (İndian Air Forces) “X” platformasında yazıb.

Hindistan HHQ məxsus “Pilatus PC-7 Mk II” təyyarəsi ölkənin cənubundakı Telanqana əyalətinin Medak rayonunda qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə olan pilot və təcrübəçi həlak olub.

Təyyarənin düşdüyü ərazidə mülki şəxslərə və infrastruktura heç bir ziyan dəyməyib.
Xəbəri necə qiymətləndirirsiniz?