Dünya
134
27-01-2024, 15:26

Miçotakisdən F-35 açıqlaması

Yunanıstan artıq ABŞ-dan F-35 qırıcılarını satın alır.

Bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis deyib.

O bildirib ki, Vaşinqtonun bu addımı ABŞ-Yunanıstan münasibətlərinin strateji dərinliyini göstərir:

“Yunanıstan 40 ədəd F-35 almaq yolundadır. Bununla yanaşı, Afina, Silahlı Qüvvələrin hər üç qolunu və Yunanıstan Sahil Mühafizəsini gücləndirəcək silah paketini tamamilə pulsuz əldə edir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Yunanıstana F-35 qırıcı təyyarələrinin və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər