SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Husilər ABŞ esminesini hədəf aldı

Husilər ABŞ esminesini hədəf aldı

13.03.2024 13:07 181
Husilər “USS Laboon” esminesini uzaq mənzilli ballistik raketlə hədəf alıb.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Məlumata əsasən, husilərin nəzarəti altında olan Yəmən ərazilərindən Qırmızı dənizə atılan raket gəmiyə dəymədiyindən, heç bir ziyan vurmayıb.

ABŞ qüvvələri əməliyyata cavab olaraq, husilərin nəzarətində olan bölgələrdə 2 PUA-nı müəyyən edərək məhv edib.
Xəbəri necə qiymətləndirirsiniz?