Dünya
260
25-06-2024, 18:42

İsraildən Hizbullaha növbəti zərbə...

İsrail qırıcıları Livanın cənubunda Hizbullah hərəkatının hərbi hədəflərinə hücum edib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İsrail qırıcıları Livanın cənubundakı Xiam və Odise bölgələrində Hizbullahın hərbi obyektlərinə, eləcə də terror strukturlarına hücum edib”, - deyə bildirilib.

Bundan əlavə, İsrail artilleriyası Livanın cənubundakı Blida, Labbune, Naqura və Kfar Şuba ərazilərinə zərbələr endirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər