SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Gürcüstanda parlament seçkiləri bu tarixdə keçiriləcək

Gürcüstanda parlament seçkiləri bu tarixdə keçiriləcək

27.08.2024 18:23 234
Gürcüstanda oktyabrın 26-da parlament seçkiləri keçiriləcək.

Bununla bağlı Gürcüstan Prezidenti Salome Zurabişvili Sərəncam imzalayıb.

Konstitusiyaya əsasən, Gürcüstanda parlament seçkiləri hazırkı parlamentin səlahiyyətlərinin başa çatdığı ilin oktyabr ayının son şənbə günü keçirilir. Prezident seçkiləri səsvermə gününə 60 gün qalmış təyin edir. Gürcüstan parlamenti dörd il müddətinə seçilir və 150 deputatdan ibarətdir.
Xəbəri necə qiymətləndirirsiniz?