Dünya
399
31-07-2022, 17:00

İranın iki sərhədçisi müəmmalı şəraitdə həlak oldu

İranın iki sərhədçisi Qərbi Azərbaycan əyalətinin Salmas sərhəd rayonundakı ərazidə patrul xidməti apararkən həlak olub.

bakunews.tv report-a istinadən xəbər verir ki, Qərbi Azərbaycan Vilayəti Sərhəd Mühafizə Komandanlığının ictimaiyyətlə əlaqələr şöbəsi məlumatı təsdiqləyib. Qeyd edilir ki, İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Salmas rayonunun sərhəd alayının iki əsgəri patrul xidməti apararkən həlak olub.

Qeyd edək ki, Salmas qərbdə İraq, şimal-qərbdə Türkiyə ilə həmsərhəddir.

Bildirilir ki, hadisə ilə bağlı ətraflı məlumat aidiyyəti qurumlar tərəfindən daha sonra açıqlanacaq.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər