SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Cəfər Pənahi həbsxanada koronavirusa yoluxdu

Cəfər Pənahi həbsxanada koronavirusa yoluxdu

06.08.2022 19:08 313
Hazırda Tehranın Evin həbsxanasında saxlanılan rejissor Cəfər Pənahi koronavirusa yoluxub.

bakunews.tv bu barədə "Iranintl"ə istinadən xəbər verir.

Məlumata görə, həbsxana rəhbərliyi onun xəstəxanaya köçürülməsi xahişinə və hətta müalicə xərclərini belə öz hesabına ödəmək istəməsinə baxmayaraq, onu həbsxanadan kənar tibb məntəqəsinə göndərməkdən imtina edib.

Qeyd edək ki, Cənubi Azərbaycanın Miyana şəhərində anadan olan Cəfər Pənahi İran kinosunun dünya şöhrətli rejissorudur. "Oskar" mükafatçısı olan rejissorun filmləri dünyanın ən nüfuzlu festivallarında, o cümlədən Palermo və Kann kino festivallarında bir çox mükafatlara layiq görülüb.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?