SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Hindistanda muzeydə atışma baş verib

Hindistanda muzeydə atışma baş verib

07.08.2022 15:40 310
Hindistanın Kəlkütə şəhərinin mərkəzindəki ən qədim Hindistan Muzeyi kompleksində atışma baş verib.

bakunews.tv report-a istinadən xəbər verir ki, bu barədə polisə istinadən “The Hindu” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, muzeyi qoruyan baş konstabel Akşay Kumar Mişra xidməti silahı olan “AK-47” avtomatı ilə 15 dəfə atəş açıb.

Nəticədə bir polis həlak olub, komendant köməkçisi yaralanıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?