SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Türkiyə səmasında əsrarəngiz meteor yağışı qeydə alındı

Türkiyə səmasında əsrarəngiz meteor yağışı qeydə alındı

13.08.2022 14:24 312
Türkiyənin Kütahya şəhərinin Domaniç rayonunda xalq arasında "ulduz axması" kimi də tanınan Perseid meteor yağışı müşahidə edilib.

bakunews.tv oxu.az-a istinadən xəbər verir ki, ən məşhur meteor yağışlarından biri olan perseidlər 1992-ci ildə Yer kürəsinin yaxınlığından keçən "Swift-Tuttle" kometinin qalıqlarıdır.

Meteor yağışlarının bu gün də şəhərdən uzaq ərazilərdə və hava şəraitinin uyğun olduğu işıqsız ərazilərdə görünəcəyi bildirilir.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?