SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Qatar tualetdə oturan qadını vuraraq öldürüb

Qatar tualetdə oturan qadını vuraraq öldürüb

16.08.2022 16:00 379
Rusiyada Sverdlovsk vilayətinin Asbest şəhərində qatar taxta tualeti dağıdıb, həmin anda orada 49 yaşlı qadın da aldığı xəsarətlərdən dünyasını dəyişib.

bakunews.tv milli.az-a istinadən bildirir ki, bu barədə Baza nəşri Telegram kanalında məlumat yayıb.

Hadisə "Uralasbest" zavodunun "Fabrika 6" stansiyasında baş verib. Rusiya müəssisəsinin daxili dəmir yolları ilə 21 boş vaqondan ibarət teplovoz hərəkət edib. Sonuncu qatar relsdən çıxıb və "Uralasbest" işçiləri üçün nəzərdə tutulan taxta tualeti vurub.

Binanın içərisində olan zavodun tərəziçisi yerindəcə keçinib. Müstəntiqlər artıq hadisənin səbəblərini araşdırmağa başlayıblar.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?