Dünya
296
20-08-2022, 20:00

İngiltərədə 90 yaşlı qadın 40 saat təcili yardım gözlədi

İngiltərənin Kornuoll şəhərində yaşayan Stephen Syms 90 yaşlı anası üçün çağırılan təcili yardımın 40 saat sonra gəldiyini söyləyib.


40 saat təcili yardım gözləmək məcburiyyətində qaldıqlarını ifadə edən Sims, "90 yaşlı anamın vəziyyətinin nə olduğunu bilmədən sıxıntı içində oturmaq bizi çox kədərləndirdi. Sistem tamamilə pozulub, ona yenidən baxmaq lazımdır", - deyə o bildirib.

Syms, anasının daha sonra təcili yardımla "Royal Cornwall" Xəstəxanasına aparıldığını, bir müddət orada qaldıqdan sonra omba sınığı diaqnozu qoyulduğunu və əməliyyata ehtiyacı olduğunu bildirib.\\milli.az

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər