SON DƏQİQƏ
Bakunews.tv » Dünya » Tbilisinin mərkəzində yaşayış binası yanır - VİDEO

Tbilisinin mərkəzində yaşayış binası yanır - VİDEO

12.07.2022 17:04 359
Gürcüstanda Tbilisinin mərkəzindəki Tamar Mepe prospektində yaşayış binası yanır.

Günorta saatlarından üçmərtəbəli binada başlayan yanğının səbəbi hələ məlum deyil.

Hadisə yerinə 20-yə qədər yanğınsöndürmə briqadası səfərbər edilib.

Artıq bütün sakinlər binadan təxliyə olunub. Onlardan bir neçəsinə tibbi yardım göstərilib.

Mənbə: Sputnik Gürcüstan
Xəbəri necə qiymətləndirirsiniz?