SON DƏQİQƏ
Bakunews.tv » Dünya » "Moody's": “Belarus xarici borcunu defolt edib”

"Moody's": “Belarus xarici borcunu defolt edib”

15.07.2022 16:03 374
Moody's beynəlxalq reytinq agentliyi Belarusun xarici borc öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.

bakunews.tv report-a istinadən xəbər verir ki, bu barədə agentliyin saytında dərc olunan məlumatda deyilir.

Çərşənbə günü (13 iyul - Red) güzəşt müddəti başa çatan Belarus həmin tarixə qədər “Belarus-27” onillik avrobondlar üzrə 22,9 milyon dollar ödəməli idi.

Belarus Maliyyə Nazirliyi ödənişi milli valyutada həyata keçirdiyi üçün Belarus emitentlərinin xarici borcunun sahibləri ödənişləri ala bilməyiblər:

“Belarus rublunda xarici valyuta borcunun ödənilməsi defoltdur”, - agentliyin açıqlamasında deyilir.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?