Siyasət
335
12-08-2022, 12:16

ŞƏT İqtisadi Forumu iyunun 16-17-də Daşkənddə keçiriləcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) II İqtisadi Forumu iyunun 16-17-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək.

bakunews.tv report-a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət Nazirliyi məlumat yayıb.

Forum çərçivəsində plenar iclas, panel müzakirələri və ikitərəfli görüşlər də baş tutacaq.

Xatırladaq ki, ŞƏT 2001-ci ildə Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və Özbəkistan tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır. ŞƏT-də müşahidəçi ölkələr sırasına Əfqanıstan, Belarus və Monqolustan daxildir. Təşkilatın tərəfdaş ölkələri isə Ermənistan, Azərbaycan, Kamboca, Nepal, Şri-Lanka və Türkiyədir. 2021-ci ilin sentyabrında Düşənbədə keçirilən sammitdə İran da ŞƏT-ə üzv qəbul olunub, bu il isə Belarus təşkilata tamhüquqlu üzv kimi daxil olmaq üçün müraciət edib.

bakunews.tv
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər