SON DƏQİQƏ
Bakunews.tv » Dünya » İranda zavodda partlayış baş verib, xəsarət alanlar var

İranda zavodda partlayış baş verib, xəsarət alanlar var

20.09.2023 18:45 270
İranın şimal-qərbində zavodda partlayış baş verib. Partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.

Məlumata görə, insident Tehranın cənub-qərbində yerləşən metallurgiya zavodunda baş verib. Hadisə yerinə 4 təcili yardım maşını göndərilib.

Zərərçəkənlər müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar, onlardan birinin vəziyyəti ağırdır.
Mənbə: TASS
Xəbəri necə qiymətləndirirsiniz?