SON DƏQİQƏ
Bakunews.tv » Dünya » ABŞ-ın hava limanında təyyarələr toqquşub, ölənlər var

ABŞ-ın hava limanında təyyarələr toqquşub, ölənlər var

18.07.2022 06:22 371
ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki Harri Rid beynəlxalq hava limanında iki təyyarə toqquşub.

Bu barədə bakunews.tv fox news telekanalına istinadən xəbər verir.

Telekanalın yerli bölməsinin polisə və yerli aviasiya departamentinə istinadən verdiyi məlumata görə, hadisə zamanı təyyarələrin göyərtəsində olan insanlar həlak olub.

“Fox News” qeyd edib ki, ölənlərin dəqiq sayı hələ məlum deyil. Təyyarələr toqquşduqdan sonra yanıb.

“Associated Press” agentliyi isə xilasetmə xidmətindəki mənbələrə istinadən qəza zamanı 4 nəfərin həlak olduğunu xəbər verib.

Ölənlərin şəxsiyyətləri və qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?