Gündəm
203
16-11-2023, 12:54

DSX-nin əsgəri vəfat edib - FOTO

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu vəfat edib.

Bu barədə (DSX) məlumat yayıb.

Bildirilib ki, əsgər Mirhüseyn Həsən oğlu Salmanlı Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, bu gün xəstəlikdən vəfat edib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər