SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Ağstafada 2 maşın toqquşdu: qardaşlar xəsarət aldı

Ağstafada 2 maşın toqquşdu: qardaşlar xəsarət aldı

17.01.2024 10:00 278
Ağstafada 2 maşın toqquşdu: qardaşlar xəsarət aldı

Ağstafa rayonunda 2 minik avtomobili toqquşub.

Hadisə Köçəsgər kəndində baş verib.

Qəza nəticəsində Ağstafa rayon sakinləri - 2012-ci il təvəllüdlü A.Mürsəlov və onun qardaşı, 2013-cü il təvəllüdlü R.Mürsəlov xəsarət alıblar.

Onlar yaxınları tərəfindən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarət alanların vəziyyəti kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri necə qiymətləndirirsiniz?