Gündəm / Hadisə
317
14-02-2024, 09:23

Özünü 5-ci mərtəbədən atan gənc oğlan SAĞ QALDI

Sumqayıt şəhərində özünü 5-ci mərtəbədən atan şəxs sağ qalıb.

Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 2003-cü il təvəllüdlü Mürvətov Elvin Vüqar oğlu yaşadığı mənzilin eyvanından özünü ataraq intihara cəhd edib.

Binanın 5-ci mərtəbəsindən düşməsinə baxmayaraq, o sağ qalıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.("Report")
Top xəbərlər
Gün
Həftə
Ay
Son xəbərlər