SON DƏQİQƏ
Bakunews.tv » Hadisə » Bakıda gənc oğlan üzündən və boynundan bıçaqlanıb

Bakıda gənc oğlan üzündən və boynundan bıçaqlanıb

21.08.2022 09:30 399
Bakıda bıçaqlanma hadisəsi baş verib.


bakunews.tv report-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

9-cu mikrorayon ərazisində mübahisə zəminində bıçaqlanan 1993-cü il təvəllüdlü Əhmədov Bayram Sərdar oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona üz və boyun nahiyəsində kəsilmiz bıçaq yaraları diaqnozu qoyulub. Yaralı cərrahi işlənilib, aidiyyatı üzrə həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?