SON DƏQİQƏ
Bakunews.tv » Gündəm » Həsrətin yarımfinaldakı rəqibi də azərbaycanlıdır

Həsrətin yarımfinaldakı rəqibi də azərbaycanlıdır

07.08.2024 17:20 236
Həsrətin yarımfinaldakı rəqibi də azərbaycanlıdır

Paris-2024 Yay Olimpiya Oyunlarında yarımfinala yüksələn Azərbaycan güləşçisi Həsrət Cəfərovun rəqibi məlum olub.

İdmançımız bu mərhələdə Ukraynanı təmsil edən Azərbaycanəsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gələcək.

P.Nəsibov 1/4 finalda qırğızıstanlı Amantur İsmayılova qalib gələrək yarımfinala yüksəlib.

Qeyd edək ki, Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
Xəbəri necə qiymətləndirirsiniz?