İdman
383
12-08-2022, 14:00

İslamiada: Azərbaycanın dünya çempionları yarımfinala yüksəlib

Yunan-Roma güləşi üzrə ikiqat Avropa mükafatçısı Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağa 10:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

bakunews.tv-nun report-a istinadən məlumatına görə, Rafiq Hüseynov ikinci görüşündə türkmənistanlı Toyli Orazova 9:0 hesabıyla qalib gələrək dörd ən güclü güləşçi adına yazdırıb.

Taleh Məmmədov isə 1/4 finalda özbəkistanlı Turabəy Tirkaşevə 0:11 hesabıyla məğlub olub.

13:36
Azərbaycanın daha bir titullu güləşçisi Eldəniz Əzizli (55 kq) V İslam Həmrəyliyi Oyunlarına uğurlu başlayıb.

bakunews.tv-nun report-a istinadən məlumatına görə, 30 yaşlı dünya və ikiqat Avropa çempionu türkmənistanlı Ümid Durdiyevə 8:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Eyni çəkidə yarışan Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova dairəvi sistem üzrə keçirilən yarışda türkiyəli Zeynəp Yetgilə 2:3 hesabı ilə uduzub.

13:10
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start verib.

bakunews.tv-nun report-a istinadən məlumatına görə, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Üçqat Avropa mükafatçısı Taleh Məmmədov (63 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gələrək 1/4 finala adını yazdırıb.

bakunews.tv
Son xəbərlər