SON DƏQİQƏ
Bakunews.tv » İdman » Qadın güləşçimiz dünya çempionu oldu

Qadın güləşçimiz dünya çempionu oldu

28.07.2022 22:20 352
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.

49 kq-da çıxış edən idmançı finalda yaponiyalı Mihoko Takeuçi ilə qarşılaşıb. Rəqibinə 5:3 hesabıyla qalib gələn Məmmədova dünya çempionu olub.

43 kq çəki dərəcəsindəki Elvina Kərimzadə isə qazaxıstanlı Arina Abdullinaya "tuşe" ilə qalib gələrək bürünc medala sahib çıxıb./milli.az

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?