İdman
395
12-08-2022, 15:18

İslamiada: Azərbaycanın bir güləşçisi finala çıxıb

Yunan-Roma güləşçisi Ülvü Qənizadə qırğızıstanlı Bəy Qonurbayevə 9:0 hesabıyla qalib gələrək finala yüksəlib.

bakunews.tv-nun report-a istinadən məlumatına görə, dünya mükafatçısı, Avropa çempionu və IV İslam Həmrəyliyi Oyunlarının qalibi Elis Manolova isə B qrupundakı ikinci görüşündə qazaxıstanlı Yelena Şaliqinaya "tuşe" ilə qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib.

14:16
Azərbaycanın qadın güləşçisi Elis Manolova Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizə başlayıb.

bakunews.tv
report-a istinadən xəbər verir ki, 65 kq-da çıxış edən idmançı B qrupundakı ilk görüşündə özbəkistanlı Ariuxan Jumabayevaya 5:0 hesabı ilə qalib gəlib.

55 kq-dakı Elnurə Məmmədova isə ikinci turda digər Özbəkistan təmsilçisi Şoxida Əhmədovaya uduzub - 5:6.

13:54
Yunan-Roma güləşi üzrə ikiqat Avropa mükafatçısı Ülvü Qənizadə (72 kq) türkiyəli Murat Dağa 10:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

bakunews.tv-nun report-a istinadən məlumatına görə, Rafiq Hüseynov ikinci görüşündə türkmənistanlı Toyli Orazova 9:0 hesabıyla qalib gələrək, adını dörd ən güclü güləşçi arasına yazdırıb.

Taleh Məmmədov isə 1/4 finalda özbəkistanlı Turabəy Tirkaşevə 0:11 hesabıyla məğlub olub.

13:36
Azərbaycanın daha bir titullu güləşçisi Eldəniz Əzizli (55 kq) V İslam Həmrəyliyi Oyunlarına uğurlu başlayıb.

bakunews.tv-nun report-a istinadən məlumatına görə, 30 yaşlı dünya və ikiqat Avropa çempionu türkmənistanlı Ümid Durdiyevə 8:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Eyni çəkidə yarışan Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova dairəvi sistem üzrə keçirilən yarışda türkiyəli Zeynəp Yetgilə 2:3 hesabı ilə uduzub.

13:10
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın yunan-Roma güləşçiləri uğurlu start verib.

bakunews.tv-nun report-a istinadən məlumatına görə, Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu, I Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Rafiq Hüseynov (82 kq) əfqanıstanlı Əhməd Nəbizadəyə 8:0 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.

Üçqat Avropa mükafatçısı Taleh Məmmədov (63 kq) Səudiyyə Ərəbistanı təmsilçisi Mes Alsubayeyə 11:0 hesabıyla qalib gələrək 1/4 finala adını yazdırıb.

bakunews.tv
Son xəbərlər