İdman
319
15-08-2022, 19:25

Azərbaycan şpaqaçısı İslamiadanın finalına yüksəlib

Azərbaycanın şpaqaçısı Ruslan Həsənov Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib.

bakunews.tv report-a istinadən xəbər verir ki, o, yarımfinalda Özbəkistan idmançısı Fayzulla Alimova 12:11 hesabı ilə qalib gəlib.

Həsənov finala adlamaqla ən azı gümüş medalı təmin edib.

14:39
Azərbaycan şpaqaçısı Ruslan Həsənov Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında yarımfinala yüksəlib.

bakunews.tv report-a istinadən xəbər verir ki, qrup mərhələsini 4 qələbə ilə bitirən idmançı pley-offda türkiyəli Ege Say Aliyə 15:8 hesabı ilə qalib gəlib.

Həsənov 1/8 finalda Səudiyyə Ərəbistanını təmsil edən Cavad Əldavudu 15:8, ardınca isə iordaniyalı İyad Odehi 15:11 hesabı ilə üstələyib.

Şpaqaçı finala gedən yolda Özbəkistan idmançısı Fayzulla Alimovla qarşılaşacaq. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Azərbaycan təmsilçilərindən Barat Quliyev pley-offda, Kənan Əliyev isə 1/8 finalda uduzub.

bakunews.tv
Son xəbərlər