SON DƏQİQƏ
Bakunews.tv » İdman » Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadanın qalibi olub

Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi İslamiadanın qalibi olub

15.08.2022 21:07 372
Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünü keçirib.

bakunews.tv report-a istinadən xəbər verir ki, yığma qızıl medal uğrunda qarşılaşmada Özbəkistan seçməsi ilə qarşılaşıb.

Rəqibinə 45:34 hesabı ilə qalib gələn Azərbaycan İslamiadanın qalibi olub.

17:39
Sablya üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

bakunews.tv report-a istinadən xəbər verir ki, yığma yarımfinalda İran seçməsinə 45:22 hesabı ilə qalib gəlib.

Azərbaycanın həlledici qarşılaşmadakı rəqibi Türkiyəni 45:31 hesabı ilə məğlub edən Özbəkistan olacaq. Bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüş İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.

bakunews.tv
Xəbəri necə qiymətləndirirsiniz?